Lüğətini online öyrən, texnoloji imkanlardan faydalan.
BİZ KİMİK
ENGZAM NƏDİR VƏ NECƏ YARANIB
Engzam bir abituriyentin sözləri DİM lüğətindən çətinliklə öyrəndiyi və öyrəndikdən sonra sözləri davamlı soruşacaq müəllim olmadığı üçün hazırlanmış platformadır.
Fəaliyyətə DİM lüğətinin sözləri ilə başlanılıb uğur qazanıldıqdan sonra platformaya 9-cu siniflər üçün "5-9-cu sinif sözləri", danışıq öyrənmək istəyənlər üçün "Oxford Word Skills kitabının sözləri" də əlavə edilmişdir.
Texnologiyanın imkanlarından yararlanaraq hazırlanmış xüsusi "Müəllim"-dən hazırda həmin abituriyentlə yanaşı minlərlə istifadəçi yararlanır.
Hazırlanmış platforma sözləri hissə-hissə istifadəçiyə təqdim edir, öyrədir, təkrarladır və necə öyrəndiyini yoxlayır. Nəticədə abituriyent çox qısa vaxt ərzində həm imtahana lazım olan sözləri öyrənir, həm təkrarlayır, həm də söz bazasını yoxlaya bilir.
Lüğətini online öyrən
Adi lüğətlə deyil, daha geniş imkanları olan online lüğətlə hazırlaş
Tələffüzlərə qulaq as.
Sözləri tək yazılışları ilə deyil tələffüzləri ilə birlikdə öyrən.
Sözlərlə quiz et, təkrarla.
Sözləri daha yaxşı yadda saxlamaq üçün quizlər et, sırasız təqdim edilən sözlərin tərcüməsini de
Öyrənənə qədər təkrarla.
Bilmədiyin bütün sözləri öyrənənə qədər təkrarla.
Ən çox soruşulan suallar
Nəyə görə adi lüğətdən deyil, engzam ilə öyrənək?
Online lüğətlə öyrəndikdə sözləri tələffüzləri ilə öyrənmək olur, mütəmadi təkrar və test eləmək olur.
Hazırda öyrənmək üçün hansı lüğətlər var?
Abituriyentlər üçün DİM lüğəti
Danışıq öyrənənlər üçün Oxford Word Skills kitabının səviyyələri üzrə lüğətləri
9-cu siniflər üçün üçün 5-9-cu sinif sözlərindən ibarət lüğət
Sözləri öyrənmək üçün hər hansı vaxt limiti var?
Hər hansı vaxt limiti yoxdur, sözləri istədiyiniz qədər öyrənə, təkrarlaya və test edə bilərsiniz.
Bütün sözlərin tələffüzləri verilir?
Bəli, online lüğətin əsas üstünlüklərindən biri bütün sözləri tələffüzləri ilə öyrətməkdir.
Abituriyentlər üçün olan lüğətə bütün sinif sözləri daxildir?
Abituriyentlər üçün olan lüğət DİM lüğətidir, imtahanda yalnız həmin sözlərdən istifadə edilir.
Lüğəti öyrəndikdən sonra necə təkrarlayırıq?
Saytımızda olan Sürətli Təkrar funksiyası ilə əvvəl öyrənmiş sözləri mütəmadi təkrarlaya bilirsiz.
Danışıq üçün hər səviyyəyə uyğun söz paketi var?
Bəli, danışıq üçün olan sözlər ən çox istifadə edilən Oxford Word Skills kitabının sözləridir. Hər kitabın sözlərini ayrıca əldə edə bilərsiniz.